Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Azərbaycanla bağlı tvit paylaşıb.
Bizim.Media xəbər verir ki, ABŞ rəsmisi “Twitter” hesabından etdiyi paylaşımda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşməkdən məmnunluğunu ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Viktoriya Nulandla nələri müzakirə etdi? - FOTO
V. Nuland Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda təxliyə səylərinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Dövlət katibinin müavini Minsk qrupunun həmsədrliyi ilə Azərbaycanla Ermənistan arasında sülhün və sabitliyin təşviqi üçün atılan addımların əhəmiyyətini, bölgənin gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyini vurğulayıb.
Bizim.Media
We look forward to progress, including via the Minsk Group Co-Chair mechanism, on steps to promote peace and stability in the region, such as release of detainees, humanitarian demining, and political reconciliation. pic.twitter.com/C6KJ8yjV9f
— Under Secretary Victoria Nuland (@UnderSecStateP) September 22, 2021