Daxili düşmənlərlə mübarizədə Nikol Paşinyan o qədər irəli gedib ki, hətta 7 milyon dollarlıq Pegasus telefon dinləmə sistemi alıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak” qəzeti yazıb.
"Digər ölkələrdə bu cür sistemlər xarici kəşfiyyat tərəfindən dövlətin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: qeyd edilən telefona adi reklam sms linki göndərilir, açıldıqdan sonra sistem telefonda quraşdırılır.
Yeri gəlmişkən, bir nəfəri dinləmək üçün 10 min dollar xərclənir.
Qeyd edək ki, bu sistem Signal, WhatsApp, Telegram, Facebook şəbəkələrini əlçatan edir. Hakimiyyət yeni sistemi əsasən müxalifətə qarşı istifadə etmək üçün alıb, lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir.
Müstəqil medialardan birinin redaktorunun da bu şəbəkəyə daxil edildiyini öyrəndik” deyə qəzet qeyd edib.
Bizim.Media