Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.
ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsiz vəziyyət, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.
Görüşdə tərəflər, habelə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:59 / 22.09.2021
Ceyhun Bayramov Viktoriya Nulandla nələri müzakirə etdi? - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Viktoriya Nulandla nələri müzakirə etdi? - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Viktoriya Nulandla nələri müzakirə etdi? - FOTO
38091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.