“Avstraliya Amerikanın ən yaxın müttəfiqidir”.
Bizim.Media “The West Australian”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Avstraliyanın Baş naziri Skott Morrisonla görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Co Bayden: “Erməni xalqının ağrı-acısını bölüşürəm”
“ABŞ-ın Avstraliyadan daha yaxın və etibarlı müttəfiqi yoxdur. Ölkələrimiz uzun müddətdir çiyin-çiyinə dayanıb. Biz bir-birimizə güvənə bilərik və bu, çox ürəkaçandır”, - deyə Bayden qeyd edib.
Ağ Ev rəhbəri bildirib ki, Vaşinqtonla Kanberranın bir çox ortaq mövzuları və planları var.
Bizim.Media