Braziliya Prezidenti Jair Bolsonaru koronavirusa qarşı peyvənd edilməmiş insanların sərbəst hərəkətinin məhdudlaşdırılmasına qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, Braziliya Prezidenti bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - VİDEO
Braziliyada vaksinasiya bu ilin yanvarın 18-də başlayıb.
Bu günə qədər Səhiyyə Nazirliyi "AstraZeneca", "Pfizer", "BioNTech", "Johnson & Johnson" şirkətinə məxsus 267,6 milyon dozadan çox dərman paylanılıb.
Rəsmi statistikaya görə, ölkənin yetkin əhalisinin yarıdan çoxu iki dəfə vaksin olunub.
Bizim.Media