Bizim.Media “RİA Novosti” yə istinadən xəbər verir ki, Rusiya Xankəndinə 60-dan çox hərbi həkim göndərilib. Şərqi hərbi dairənin xüsusi təyinatlı tibb dəstəsinin ilk bölmələri yerli əhaliyə yardım göstərmək üçün Xankəndinə gəliblər" - deyə məlumatda bildirilir. Birinci bölməyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.
Həkimlər İl-76 hərbi nəqliyyat təyyarələri ilə Xabarovskdan Irəvana gəlib, oradan isə Rusiya sülhməramlı kontingentinin patrulları və hərbi polisin müşayiəti ilə Xankəndinə yola düşüblər.
Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndində ictimai nəqliyyatın işinin bərpasına və yol hərəkətinin qurulmasına yardım edir.
"Sülhməramlı qüvvələrin Rusiya kontingentinin mühəndis-texniki bölmələri ümumi istifadə yollarının təmizlənməsində və sosial infrastruktur obyektlərinin bərpasında yerli administrasiyaya kömək göstərməkdə davam edir" - deyə idarədən bildirilib.
Qeyd edək ki, Rusiya sülhməramlıları noyabrın 10-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sazişə uyğun olaraq Dağlıq Qarabağda yerləşdirilib.
Sentyabrın 27-dən bəri davam edən hərbi əməliyyatların tamamilə dayandırılmasında, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsində, həmçinin Kelbəcər, Laçın və Ağdam rayonlarının Azərbaycana qaytarılması prosesində iştirak edirlər.
“RİA Novosti” yazır ki, Bakıda sazişi Irəvanın təslim olması adlandırırlar. Prezident Ilham Əliyev sənədin Azərbaycan üçün sərfəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, hərbi mərhələ başa çatıb və siyasi mərhələyə keçmək olar.
Ermənistanın baş naziri Nikol Paşinyan isə etiraf edib ki, sülh haqqında qərar vermək ona üçün çətin olub. Bundan sonra Irəvanda baş nazirin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.
Bizim.Media