Gələn ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “carweek.ru” saytı məlumat yayıb. Ölkədə sürücülər arasında "cip" lərə artan tələbat istehsalın başlanmasına təkan verib.
Məlumata görə, artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlanılıb və müəyyən razılıqlar əldə edilib.
Avtomobillərin istehsalı Neftçala Avtomobil Zavoduna həvalə olunub. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək.
Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:46 / 29.11.2020
2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq
Hazırda oxunan: 2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq
Hazırda oxunan: 2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq
3805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.