Tanınmış modelyerdən maraqlı TƏKLİF

Hazırda oxunan: Tanınmış modelyerdən maraqlı TƏKLİF

3802

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova maraqlı təklif irəli sürüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edərək, ermənilər tərəfindən viran edilmış şəhərlərin bir hissəsini erməni faşizminin simvolu kimi qorunub saxlanılmasını təklif edib.

Bu barədə Bizim.Media saytına açıqlama verən G.Xəlilova bunun gələcək nəsillərin ermənilər tərəfindən məruz qaldığımız terroru unutmaması üçün vacib addım olduğunu deyib. 

Modelyer əlavə olaraq qeyd edib ki, bu həm də erməni vandalizmi dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynaya bilər:

“Bu qalibiyyət məni də hamı kimi sevindirdi, qürurlandırdı və mən Ali Baş Komandanımızla, şanlı Ordumuzla fəxr edirəm. Lakin erməni terrorcularının bizim abidələri vəhşicəsinə dağıtmalarını və dünya ölkələrinin buna göz yummalarını qəbul edə bilmirəm".

"Ona görə də bu təklifi irəli sürmüşəm. Gələcəkdə Qarabağa turistlər gələndə və onlara tariximizdən danışanda əyani sübüt kimi ermənilərin nə qədər barbar bir xalq olduqlarını göstərə bilək”,-deyə, o qeyd edib.

Ayfər Nizaməddin qızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin