"Ənənəvi tədrisə keçiddə çətinliklər olacaq" – Təhsil nazirliyinin  RƏSMİSİ

Hazırda oxunan: "Ənənəvi tədrisə keçiddə çətinliklər olacaq" – Təhsil nazirliyinin  RƏSMİSİ

38002

“Ənənəvi tədrisə keçidlə bağlı rast gəlinə bilən çətinliklər ola bilər. Ona görə də ümumtəhsil məktəblərində rast gəlinə biləcək bu kimi problemlərin operativ və şəraitə uyğun şəkildə həlli vacib sayılacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov yeni tədris ilində nəzərdə tutulan işlərlə bağlı məsələyə münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  


“Xüsusi karantin dövründə tədrisin təşkili məktəblərdə müvafiq gigiyena, epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasını tələb edir. Bu məsələ ciddi şəkildə diqqətdə saxlanılacaq”. 

Nazirlik rəsmisi il ərzində görüləcək işlərdən də danışıb:

“Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi, xarici dil tədrisinin vəziyyətinin öyrənilməsi və bu sayda monitorinqlərin aparılması, təmayülləşmə şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq qruplarının artırılması, ixtisasartırma kurslarına cəlb olunmanın təmin olunması, sistem və rəqəmsal bacarıqlar pilot layihələrini təqdim edən təhsil müəssisələrinə müvafiq köməkliklərin göstərilməsi kimi məsələlər bu il üçün əsas prioritet olacaq. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin