Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı SƏRƏNCAM İMZALADI 

Hazırda oxunan: Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı SƏRƏNCAM İMZALADI 

37973

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Bizim.Media-nın xəbərinə görə, sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib. 

Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident 71 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTO 


Daha bir dəyişikliklə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi səlaiyyəti İqtisadiyyat Nazirliyinə tapşırılır. 

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin