“Bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in builki təqdimatında deyib.
“Xüsusən Qarabağ zəfərindən sonra iştirak artıb. Azərbaycanlı pilotların idarə etdiyi MIG-29 təyyarələrinin iştirakı ilə İstanbul boğazı səmalarında türk təyyarələri ilə birgə möhtəşəm bir nümayiş gerçəkləşdirildi.
2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq”, - Bayraktar bildirib.
Qeyd edək ki, “TEKNOFEST-2021” festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.
Bizim.Media
Selcuk Bayraktar: "Artıq bu ildən Azərbaycan da bizimlə olacaq"#selcuk #bayraktar #turkey #Azerbaijan pic.twitter.com/lP1wHDIzBJ
— Ictimai TV (@TvIctimai) September 20, 2021