Azərbaycanda xarici dövlətləri təmsil edən hüquqi şəxslərin hesab açması üçün şərtləri sərtləşdirilir.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda bununla bağlı dəyişiklik edilib.
MÖVZU İLƏ BAĞLI:
Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF
Bundan sonra hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin hüquqi şəxsi tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilməlidir. Əks halda hesabın açılmasından imtina olunacaq.
Bu qayda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin fiziki şəxslərinə də şamil edilir.
Bizim.Media