Bahalaşma nə zamanadək davam edəcək? Azərbaycanda bu suala cavab axtarmayan azsaylı adam tapılar. Maliyyə Nazirliyinin sənədləri isə pozitiv düşünməyə əsas verir.
Bizim.Media Nazirliyin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinadən gələn ildən inflyasiyanın bir qədər səngiyəcəyini bildirir.
MÖVZU İLƏ BAĞLI:
Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF
Belə ki, sənəddə bu ilin sonuna 4,9 faizlik inflyasiya proqnozlaşdırılsa da, növbəti illərdə azalan temp götürülür. 2022-ci ildə 3,6 faiz, 2023 və 2024-cü illərdə 3,3 faiz, 2025-ci ildə 3,2 faizlik inflyasiya proqnozlaşdırılır.
Qeyd olunur ki, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək.
Növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.
Xatirə, Bizim.Media