Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfərinə hazırlıq gedir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Həqiqətən, Türkiyə prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır", deyə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, "gündəm ikitərəfli əlaqələrdən başlayaraq geniş və çoxşaxəlidir.
Prezidentlərin bu kontekstdə həmişə danışacaqları bir şey var", TASS Peskovun dediklərindən sitat gətirib.
"Əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq". Peskov belə proqnoz verib.
Bizim.Media