Azərbaycanda nə qədər problemli kredit var? – TƏHLÜKƏ HƏDDİ yaxınlaşır 

Hazırda oxunan: Azərbaycanda nə qədər problemli kredit var? – TƏHLÜKƏ HƏDDİ yaxınlaşır 

37750

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 937,5 milyon manata çatıb.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 1-nə olan məlumata görə, bu ümumi kredit portfelinin 6,1 faizini təşkil edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF


Ümumilikdə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 367,7 milyon manat təşkil edib.  
 

Ümumi kredit portfelinin 12 milyard 640,0 milyon manatı uzunmüddətli kreditlərdir. Bu cür kreditlərin ümumi portfeldə həcmi 82,3 faizdir. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


Qeyd edək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelinin 10 faizini keçməsi bank sektoru üçün təhlükəli hədd hesab olunur.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin