Medvedev öskürür, Lavrov və Şoyqu yoxdur, Putin təcrid olunub – RUSİYANIN REAL SİYASİ MƏNZƏRƏSİ

Hazırda oxunan: Medvedev öskürür, Lavrov və Şoyqu yoxdur, Putin təcrid olunub – RUSİYANIN REAL SİYASİ MƏNZƏRƏSİ

37742

“Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev xəstəlik səbəbindən Dövlət Dumasında səs verdikdən sonra partiyanın ictimai qərargahına gələ bilməyib.

Bizim.Media xəbər verir ki, bu fikirləri partiyanın Baş Şurasının katibi Andrey Turçak "İnterfaks"a müsahibəsində səsləndirib.

“Bayaq partiyanın sədri Dmitri Anatolyeviç Medvedevlə danışdım. Xəstələnib, ağır öskürəyi var, bu gün yanımızda ola bilmədi”, deyə Turçak qərargaha toplaşan seçicilərə deyib.

O, Medvedevin narahatlığına nəyin səbəb olduğunu açıqlamayıb.
 

Naməlum səbəbdən müdafiə naziri Sergey Şoyqu və partiyanın seçki siyahısına rəhbərlik edən xarici işlər naziri Sergey Lavrov da "Vahid Rusiya"nın ictimai qərargahına gəlməyiblər.


14 sentyabrdan bəri Rusiya Prezidenti Vladimir Putin administrasiyanın koronavirusa yoluxan əməkdaşı ilə söhbət etdikdən sonra təcrid olunub. Putin ətrafındakı bir çox insanın COVİD-ə yoluxduğunu söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin