Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi məsələsi yenidən gündəmdədir.
Bizim.Media xəbər verir ki, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Xəyal Bəşirov bildirib ki, qanunvericilikdə bunu qadağan edən müddəa yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA
Yəni, cərimələrin ödənilməsində çətinlik çəkən şəxslərlə bağlı belə tədbirin nəzərdə tutulması mümkündür.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevin sözlərinə görə, Azərbaycan xalqı pandemiya ilə mübarizə tədbirlərinə qarşı ən çox anlayış göstərən xalqlardan biri oldu və vətəndaşların böyük əksəriyyəti karantin qaydalarına əməl etməyə çalışdı. Müvafiq orqanların da eyni jesti vətəndaşlara etməsi alqışalayiq olardı.
Millət vəkili bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini bildirib.
Razi Nurullayevin sözlərinə görə, cərimələrin tətbiqi insanlarda məsuliyyət hissini artırmaq məqsədi daşıyırdı ki, buna da nail olunub:
“Eyni zamanda vaksinasiya prosesi də sürətlə davam edir. Odur ki belə cərimələrin ləğvi vacibdir”.
Bizim.Media