Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Dövlət Dumasına seçkilərdə səslərin hesablanmasının ilk nəticələrini şərh edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, seçicinin Kommunist Partiyasını "eşitdiyini və ona inandığını" deyib.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Dumasına dörd partiya keçdi - Exit pollun MƏLUMATLARI
"Ölkədəki bütün seçicilərin yanına gəldik və dedik: təklif etdiyimiz budur. Seçici bizi eşitdi, seçici bizə inandı, seçici bizə səs verdi". Zyuqanov bazar günü jurnalistlərə bildirib.
Öz növbəsində, partiya Mərkəzi Komitəsi sədrinin birinci müavini Yuri Afonin "səslərin sayıldığı ölkə daxilində Kommunist Partiyasının çox yüksək nəticələr göstərdiyini" qeyd edib.
Bizim.Media