Fransa XİN: “ABŞ -la münasibətlərdə böhran yaranıb”

Hazırda oxunan: Fransa XİN: “ABŞ -la münasibətlərdə böhran yaranıb”

37645

Fransa xarici işlər naziri Jan-İv Le Drian RIA Novosti-yə verdiyi açıqlamada deyib ki, Fransa ilə ABŞ arasında böhran yaranıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu, NATO üçün yeni bir strateji konsepsiyanın təyin edilməsinə böyük təsir göstərəcək, ancaq rəsmi Parisin Atlantik İttifaqından çıxmaq fikri yoxdur.

Daha əvvəl Le Drian Avstraliyanın müqaviləyə xitam verməsi ilə bağlı vəziyyətdən söz açıb və bildirib ki, Fransa ilə ABŞ arasındakı münasibətlərdə böhran var.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Fransa XİN rəhbərləri telefonla danışdı


Cümə günü Kanberranın sualtı gəmi müqaviləsini ləğv etməsi səbəbiylə Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. 

Fransa tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

Le Drian Avstraliyanın müqaviləni pozma qərarını "arxadan vurulan bir bıçaq zərbəsi" adlandıraraq inamının sarsıldığını deyib:

“Bu müqaviləyə xitam verilməsinə qəzəblənirəm. Paris həm Avstraliyadan, həm də ABŞ -dan məsələyə aydınlıq gözləyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin