Valideynlərin diqqətinə: uşaqlar az tanınan virusa yoluxurlar

Hazırda oxunan: Valideynlərin diqqətinə: uşaqlar az tanınan virusa yoluxurlar

37624

Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sinsitial virusa (RSV) kütləvi yoluxma hallarını qeydə alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası respirator-sinsitial virusların (RSV) yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxan uşaqlarda yeni sindrom YARANA BİLƏR 


ABŞ-ın Nyu-York şəhərinin xəstəxanalarından birində Uşaq Yoluxucu Xəstəlikləri Bölməsinin rəhbəri Rabia Aqa qeyd edib ki, yeni virusa yoluxma halları hələ apreldə olub.

Onun sözlərinə görə, bunun nəticəsində xəstəxananın intensiv terapiya bölməsi qısa zamanda xəstələrlə dolub.

"Bu bizi təəccübləndirdi. Bilirdik ki, diqqəti buna yönəltməyə dəyər, amma düşünmürdük ki, xəstələr bu qədər çox olacaq", - İsveçrənin Sürix Universiteti Klinikasının həkimi Kristof Berqer deyib.

Qeyd edək ki, kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Həmin xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.

Kəskin respirator virus infeksiyaları Yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir.

Hesablamalara əsasən hər il dünyada 1 milyarddan çox insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 %-i körpələrin və uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin