Yükdaşımaların həcmi AÇIQLANDI

Hazırda oxunan: Yükdaşımaların həcmi AÇIQLANDI

37485

2021-ci ilin yanvar-avqustda Azərbaycanda bütün nəqliyyat növləri ilə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 124,4 milyon ton təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Daşınan yüklərin 57 faizi avtomobil, 31,9 faizi boru kəməri, 7,8 faizi dəmiryol, 3 faizi dəniz, 0,3 faizi isə hava nəqliyyatı ilə daşınıb.
 

MÖVZU İLƏ BAĞLI:

5 milyard dollara yaxın qazancımız var – Xarici ticarət DÖVRİYYƏSİ


Yanvar-avqustda Azərbaycanda bütün nəqliyyat vasitələri ilə sərnişindaşımalar 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azalaraq 744,5 milyon nəfər təşkil edib. Bunun 95,8 faizi avtomobil, 3,9 faizi metro, 0,3 faizi digər nəqliyyat növlərinin payına düşüb.

Hesabat dövründə dəmiryol nəqliyyatı ilə 9,6 milyon ton yük, 1,533 milyon nəfər sərnişin daşınıb. Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3,695 milyon ton təşkil edib.

Avtomobil nəqliyyatı ilə hesabat dövründə 71,1 milyon ton yük, 713,6 milyon nəfər sərnişin daşınıb. Hava nəqliyyatı ilə isə 318,9 min ton yük, 687,2 min sərnişin daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin