5 milyard dollara yaxın qazancımız var – Xarici ticarət DÖVRİYYƏSİ

Hazırda oxunan: 5 milyard dollara yaxın qazancımız var – Xarici ticarət DÖVRİYYƏSİ

37449

2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 milyard 337,2 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ixracın dəyəri 11 milyard 39,3 milyon dollar, idxalın dəyəri isə 6 milyard 297,9 milyon dollar təşkil edib.

4 milyard 741,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 175 ölkəsi ilə ticarət əməliyyatları keçirilib, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunub.
 

2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26 faiz artıb, real ifadədə isə 6,7 faiz o cümlədən idxal 12,4 faiz, ixrac 2,4 faiz azalıb.


Dövlət Gömrük Komitəsinin məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İspaniya, Almaniya, Xorvatiya, Gürcüstan, İsrail, Ukrayna, Hindistan, Birləşmiş Krallıq, Tunis, Portuqaliya, ABŞ, İran, Belarus, İsveçrə, Tailand, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin