Gələn il neftin qiyməti neçəyə olacaq? – Beynəlxalq proqnozlar HAZIRDIR

Hazırda oxunan: Gələn il neftin qiyməti neçəyə olacaq? – Beynəlxalq proqnozlar HAZIRDIR

37442

Gələn il neftin bir barel qiyməti neçə dollar olacaq?  Dünyanın bir çox böyük və kiçik investorları, neft istehsalçıları bu sualın cavabını gözləyir.

Bizim.Media Maliyyə Nazirliyinə istinadən dünyanın nüfuzlu iqtisadi mərkəzlərinin brent neftinin orta illik qiyməti ilə bağlı gözləntilərini təqdim edir:

Beynəlxalq Valyuta Fondu – 63 dollar

Dünya Bankı – 62 dollar

Asiya İnkişaf Bankı – 64 dollar 

ABŞ Enerji İnformasiya Administrasiyası – 66 dollar

“Fitch Ratings” - 55 dollar

Xatırladaq ki, hazırda brent neftinin bir barel qiyməti 75 dollar ətrafındadır. Gələn ilin dövlət büdcəsinə dair ilkin proqnozlarda neftin qiyməti 45 dollardan götürülüb ki, bu da ehtiyatlı yanaşma hesab olunur.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin