BBC: “Azərbaycan dünyanın memarlıq mayakıdır” - FOTO

Hazırda oxunan: BBC: “Azərbaycan dünyanın memarlıq mayakıdır” - FOTO

37428

Dünyanın nüfuzlu media qurumlarından biri olan BBC-də Bakının müasir memarlıq xüsusiyyətləri ilə bağlı məqalə yayımlanıb. Məqalədə memarlıq həvəskarları üçün Bakının, çoxsaylı klassik və yeni üslubda tikilən memarlıq nümunələrinə ev sahibliyi etdiyinə diqqət çəkilir. Həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər Bakının timsalında son 20 ildə dünyanın ən iddialı və heyrətamiz memarlıq üslubu ilə seçilən, eyni zamanda memarlıq tarixinin gələcəyini göstərən bir şəhər yaratdığı qeyd olunur.

Şəhərin qədim və tarixi abidələrə, Qız Qalası və İçərişəhərə, eyni zamanda Şirvanşahlar sarayına ev sahibliyi etdiyinə yer verilir.

Azərbaycan memarlığının şah əsərləri hesab olunan və ziyarətçiləri qədim dünyaya aparan məkan xarakteri daşıyan bu abidələrin Bakının müasir memarlıq üslubu ilə vəhdət təşkil etdiyi nəzərə çarpır.


Bakının siluetində diqqət çəkən və müasir memarlıq nümunəsi şübhəsiz ki, Xəzər dənizinə baxan və şəhərin bir çox hissəsindən görünən göydələnlər üçlüyü, Alov Qüllələridir.

Alov şəkilli qüllələrin dizaynı Azərbaycanın qədim atəşpərəstlik ənənəsini, ölkənin təbii qaz ehtiyatlarını, texnologiya və ticarətin birləşdiyi nöqtədəki yerinin simvoludur.


Məqalədə 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdiyi zaman Bakını dünyanın müasir memarlıq mərkəzinə çevirmək arzusuna yer verilir. Bakıda Sovet dövrünün funksional Modernist memarlığından qopma təşəbbüsləri çərçivəsində ən diqqətəlayiq nümunələrdən biri, dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi olub. 

Məqalədə yer verilən digər bir əlamətdar abidə isə qədim Azərbaycan memarlıq üslubunun şərəfinə ucaldılmış, minarələri və gözəl günbəzləri ilə seçilən, heyrətamiz Heydər Məscididir. Memarlıq fakültəsinin tələbələri üçün Bakı sevinc və sürprizlərlə dolu bir məkan kimi xarakterizə edilir. Şəhərin “Kiçik Venesiya” bölgəsindən ölkənin qədim xalçaçılıq ənənəsini özündə ehtiva edən və yuvarlanmış xalça şəklində tikilmiş inanılmaz Azərbaycan Xalça Muzeyinə qədər olan ərazi bunun bariz göstəricisi olduğu vurğulanır.


Bakının XX əsr tarixini əks etdirən və Sovet dönəmindən qalma görkəmli mümarlıq nümunələri sırasında Zorge Parkına və məşhur azərbaycanlı kəşfiyyatçı Rixard Zorgenin heykəli yerləşir.

Məşhur sovet memarı Lev Rudnev tərəfindən hazırlanan və 1952-ci ildə tamamlanan barokko üslublu “Hökumət Evi” Bakı Bulvarı ilə üzbəüz, bu gün də Azərbaycanın mühüm dövlət idarələrinə ev sahibliyi edir.


Sadalanan binalarla yanaşı iki qüllədən ibarət olan gözəl SOCAR Tower, Bakının mərkəzində yerləşən Park Bulvar, ziyarətçilər üçün XXI əsrin pərakəndə satış təcrübəsi ilə Şərq duyğularını və Qərb modernizmini birləşdirdiyi qeyd olunur.

Məqalə, memarlıq təcrübəsi, qabaqcıl və dünya səviyyəli dizaynı ilə Azərbaycanın, önümüzdəki illərdə dünyanın ən maraqlı və yenilikçi memarlıq innovasiyalarını cəlb edəcəyinə olan inamla yekunlaşır.




Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin