Ermənistanın baş nazir müavini Mqer Qriqoryan bildirib ki, ölkəsi cənub sərhədlərində alternativ yollar inşa etməlidir.
Bizim.Media “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistanın baş nazir müavini Tatev kəndindən Gorus-Qafan yolundan yayınmaqla Sisyana çəkilməli oldan yoldan bəhs edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO
Mqer Qriqoryan xatırladıb ki, Ermənistan-Rusiya və Azərbaycan baş nazir müavinlərindən ibarət işçi qrupun son görüşü bir ay əvvəl baş tutub:
“Dəmiryol xətlərinin açılışı ilə bəzi məsələlərin həlli daha yaxşı nəzərə çarpır. Amma bunu avtomobil yolları barədə demək olmaz. Burada söhbət müəyyən bir istiqamətdə yox, yolların kompleks açılmasından gedir”.
Paşinyanın müavini Gorus-Qafan yolu ilə bağlı jurnalist suallarına da cavab verib:
“Gorus-Qafan yolu ilə əlaqədar problem həllini tapmasa, bu, Ermənistan iqtisadiyyatına təsir edəcək. Paralel infrastruktur işləri vəziyyətə tarazlıq gətirə bilər”.
Mariya Zaxarovanın demarkasiya və delimitasiya ilə bağlı çıxışına da münasibət bildirən Qriqoryan qeyd edib ki, Zəngəzurda müəyyən proses start götürmək üzrədir.
Bizim.Media