Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov xarici diplomların tanınması ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxış edən sədr bildirib ki, yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək:
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək”.
E. Axundov qeyd edib ki, həmin şəxsə kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilmək şərait yaradılacaq.
Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:38 / 17.09.2021
Azərbaycanda xarici diplomlar bu qayda ilə DƏYİŞDİRİLƏCƏK - YENİLİK
Hazırda oxunan: Azərbaycanda xarici diplomlar bu qayda ilə DƏYİŞDİRİLƏCƏK - YENİLİK
Hazırda oxunan: Azərbaycanda xarici diplomlar bu qayda ilə DƏYİŞDİRİLƏCƏK - YENİLİK
37417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.