Şamaxıda 112 baş xırdabuynuzlu heyvanı oğurlayıb satan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri - Musa Şirinov,Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları Salyan və Ağdaş rayonlarındakı mal-heyvan bazarlarda satdıqları məlum olub.
Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 17.09.2021
100-dən çox heyvanı oğurlayaraq satan şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: 100-dən çox heyvanı oğurlayaraq satan şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: 100-dən çox heyvanı oğurlayaraq satan şəxslər SAXLANILDI - FOTO
37399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.