8 ayda 55 milyard manatlıq məhsul istehsal etmişik – RƏSMİ  

Hazırda oxunan: 8 ayda 55 milyard manatlıq məhsul istehsal etmişik – RƏSMİ  

37397

2021-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox olub. 

Bu dövrdə neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artıb.

Əlavə dəyərin 40,4 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 18,4 faizi isə digər sahələrdə istehsal edilib. 

Məhsul və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5466,1 manata bərabər olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin