“Qarabağ” istədi, UEFA məşhur sponsorunun adını SİLDİ - FOTOFAKT 

Hazırda oxunan: “Qarabağ” istədi, UEFA məşhur sponsorunun adını SİLDİ - FOTOFAKT 

0:00
0:00
37392

“Qarabağ” UEFA Konfrans Liqasında “Bazel”lə matç üçün keçirilən mətbuat konfransları zamanı qoyulan reklam löhvələrindən “Bwin” mərc şirkətinin reklamlarını çıxartdırıb. 

Bizim.Media xəbər verir ki, Ağdam klubu bunu adıçəkilən şirkətin fəaliyyətinin Azərbaycanda qadağan olunması ilə əlaqələndirib. 

Klub UEFA-ya bildirib ki, “Bwin” ölkəmizdə qeyri-qanuni mərc şirkəti hesab olunduğu üçün adı löhvədən çıxarılmalıdır. 

UEFA “Qarabağ”ın bu istəyini yerinə yetirib. Qeyd edək ki, qitə futbol qurumunun qaydalarına görə ölkələrin daxili qanunlarına hörmət göstərilməlidir. (Qafqazinfo) 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin