Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal toplaması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, “Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə iştirak edən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2-3 adama görə ümumi fikir yürütməyin düzgün olmadığını qeyd edib.
"Ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır.
Ona görə də ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik. Müxtəlif dövlət qurumları da aidiyyəti məsələ ilə əlaqədar müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik", - Nazirlik rəsmisi əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 17.09.2021
Aşağı nəticə göstərən tələbələrə yüksək bal verilib? – Nazirlikdən ittihamlara CAVAB
Hazırda oxunan: Aşağı nəticə göstərən tələbələrə yüksək bal verilib? – Nazirlikdən ittihamlara CAVAB
Hazırda oxunan: Aşağı nəticə göstərən tələbələrə yüksək bal verilib? – Nazirlikdən ittihamlara CAVAB
37390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.