Paşinyan İbrahim Rəisi ilə Gorus – Qafan yolunu müzakirə etdi - DETALLAR

Hazırda oxunan: Paşinyan İbrahim Rəisi ilə Gorus – Qafan yolunu müzakirə etdi - DETALLAR

37373

İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib 

Bizim.Media erməni KİV orqanlarına istinadən xəbər verir ki, görüş Tacikistanda baş tutub. 

Hökumət başçıları iki ölkə arasında müxtəlif istiqamətdə əlaqələrin dərinləşməsinə dair məsələlərdən danışıblar. 
 
İran Prezidenti və Ermənistanın Baş naziri yükdaşımaların fasiləsiz təşkilini və Cənub Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, hər iki ölkənin əsas narahatlığı Gorus-Qafan yolundakı Azərbaycan postunun qurulması və bu səbəbdən İrandan Qarabağa istiqamətlənən yük maşınlarının yoxlama zamanı ləngiməsidir.

Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək üçün Düşənbədə səfərdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin