"Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb".
Bizim.Media-nın məlumatına görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
İti kanala tullayan şəxslə bağlı araşdırmalara başlanıldı - VİDEO
“Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”,- o bildirib.
Bizim.Media