Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisə "Travel İnn Hostel"də qeydə alınıb.
AVRO-2020 oyunlarını izləmək üçün Bakıya gələn Türkiyə və Fransa vətəndaşı, azarkeş Altındağ Muhammedin qaldığı hoseldə əmlakı oğurlanıb.
Həmin şəxs azarkeşin çarpayısının altındakı əmlakını yığdığı dolabdan 100 manat dəyərində pul kisəsini, "iPhone 6S" və "iPhone XS"markalı mobil telefonları, "Apple Airpods 2+etui" qulaqcıqlarını, 100 manatı, eləcə də 50 avronu oğurlamaqla ümumilikdə zərərçəkmişə 1 505 manat maddi ziyan vurub.
MÖVZU İLƏ BAĞLI:
İnterpol Azərbaycanda qanunsuz mərc edənləri AŞKARLADI
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Travel İnn Hostel"dən oğurluq edən Beyləqan rayon sakini Elnur Canbazov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media