“Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK - FOTO

Hazırda oxunan: “Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK - FOTO

37254

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib. 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin 2021-ci il  yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib. 

Ə. Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

“Məşğulluq haqqında” qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 


İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.

İş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri,  həmçinin  QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib. 
 

İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. 


Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. 

Qeyd edək ki, onlayn iclasda komitə üzvləri Madər Musayev, Fəzail Ağamalı, Sabir Hacıyev, Vüqar İsgəndərov, Əminə Ağazadə, Kamal Cəfərov, Elşən Musayev, Cəbi Quliyev,  Bəhruz Məhərrəmov və Nurlan Həsənov iştirak ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin