İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.
MÖVZU İLƏ BAĞLI:
İƏT nümayəndə heyəti Şuşaya yola düşdü
Nümayəndə heyəti şəhərdə ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış mədəniyyət abidələrini, inzibati və yaşayış binalarını ziyarət edəcəklər.
Bizim.Media