Fəzail Ağamalının qızının bağçasında NƏ BAŞ VERİR? – “Pulumu qaytarın”

Hazırda oxunan: Fəzail Ağamalının qızının bağçasında NƏ BAŞ VERİR? – “Pulumu qaytarın”

37235

Millət vəkili Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında xoşagəlməz olay yaşanıb. 7 yaşlı daun sindromlu uşağın döyülməsi ilə bağlı polisə şikayət daxil olub. Bildirilib ki, 2014-cü il təvəllüdlü uşaq təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb.

Bizim.Media xəbər verir ki, Günay Ağamalı bu barədə “Facebook” hesabında məlumat verib. Onun sözlərinə görə haqsız olaraq təhdidlə qarşılaşıb:
 

“Şantaj, böhtan və qərəz dediyimiz budur. İllərdir “Buta” bağçanın qazandığı rəğbətə və mənim işgüzar fəaliyyətimə xələl gətirməkdən başqa bir şey deyil! Fəalliyyətim kimlərəsə təsir edir və bu cür yollara əl atırlar. Haqlı tərəf olduğumuz da elə hüquq mühafizə orqanına müraciətimizdən bəllidir. Bu ölkədə qanun var!”, deyə paylaşımında qeyd edib. 


Qeyd edək ki, Günay Ağamalının yerli mətbuata bidirdiyinə görə valideyn uşağını son 3 ay ərzində bağçaya göndərsə də, sonra ödənişləri geri istəyib.

Son günlər isə bağçada uşağına yaxşı baxılmadığını əsas gətirərək, məqsədli şəkildə bağça rəhbərliyini hədələyib. Hətta övladının döyüldüyü barədə hüquq mühafizə orqanlarına şikayət edib. Günay Ağamalı onu da əlavə edib ki, xanımın məqsədi bizim bağçanın nüfuzuna xələl gətirmək və ödədiyi pulu geri almaqdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin