Tural Abbaslı “ömürlük” TƏKLİF EDİR – “Qanunvericilik dəyişməlidir”

Hazırda oxunan: Tural Abbaslı “ömürlük” TƏKLİF EDİR – “Qanunvericilik dəyişməlidir”

37224

Son dönəmlərdə ölkəmizdə narkotik vasitə aludəçilərinin sayında ciddi şəkildə artım müşahidə olunur. Əvvəllər cəmiyyətdən gizli şəkildə gedilən bu ölümcül yol, indi açıq formada hər kəsin gözü qarşısında davam etdirilir. 

Digər faciəvi məqam isə, “ağ ölüm”ün yayılma arealının genişlənməsidir. Belə ki, artıq məktəb yaşlı uşaqlar, eyni zamanda qadınlar arasında narkotikə qurşananların sayı birə-beş artıb.

Bəs bu bəla ilə necə mübarizə aparmalıyıq?

Bu sualı Bizim.Media üçün cavablandıran Ağ Partiyanın başqanı Tural Abbaslı əvvəlcə ölkəmizdə narkotikin bu qədər geniş yayılmasında iki əsas faktoru irəli sürüb:
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət iqtidardan təklif gözləyir - Tural Abbaslıdan BƏYANAT 


“1. İşsizlik. Məşğul olmadıqda, insanlar məşğuliyyətsizlik səbəbindən evdə oturmağa və ya yaxın ətrafları ilə zaman keçirməyə məcbur olurlar. Bu isə, onların zərərli vərdişlərə yönəlməsinə gətirib çıxarır. 

2. Narkotik vasitələrin dövriyyəsinin artması nəticəsində, qiymətlərin aşağı düşməsi. Həm qiymət baxımından ucuzlaşması, həm də əldə etməyin asanlaşması səbəbindən, artıq “ağ ölümü” şagirdlər və işsizlər belə rahatlıqla əldə edə bilirlər. 10 manata satılan narkotiki almaq bu qədər asandırsa, eyni zamanda sosial şəbəkələrdə də bu qədər yayğındırsa, şagird nə üçün bundan istifadə etməsin? Nə üçün yeni hiss və həyəcan yaşamağa can atmasın?”

Bundan əlavə Tural Abbaslı narkotik bəlası ilə bağlı media orqanlarında, televiziya kanallarında maariflənirici videoçarxların olmamasından da danışıb:

“Azərbaycanda narkotikin meydana gətirdiyi nəticələrlə, yəni narkomaniyanın yaratdığı fəsadlarla mübarizə aparılır. Lakin profilaktik tədbirlər görülməli və insanlar bu bəlaya düçar olmadan öncə gərəkli addımlar atılmalıdır. Əks təqdirdə, narkomanları müalicə etmək və ya narkotikləri dövriyyədən çıxarmaqla bunun qarşısını almaq olmaz”.

Ağ Partiyanın başqanı gənclərin narkotikə qurşanmasının qarşısını almaq üçün görülməli olan tədbirlərə də diqqət çəkib:

“Narkotiklərə qarşı mübarizə üçün maarifləndirici təbliğatdan tutmuş, qanunvericilikdə cəzaların sərtləşdirilməsinə qədər müxtəlif tədbirlər görülməlidir. Düşünürəm ki, dünya təcrübəsində olduğu kimi narkotacirlərə qarşı Cinayət Məcəlləsində nəzərdə tutulan cəza 20-25 ilə qədər, hətta ömürlük olmalıdır”.   

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin