Qazilərə mühərrikli əlil arabası verilməsinə AGENTLİKDƏN CAVAB

Hazırda oxunan: Qazilərə mühərrikli əlil arabası verilməsinə AGENTLİKDƏN CAVAB

37219

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 8 ayda 7 min əlilliyi olan şəxsə 30 minə yaxın reablitasiya vasitəsi təmin edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov hesabat zamanı bildirib.

O, qeyd edib ki, dövlət tərəfindən təmin olunan bu vasitələrin sayı artmaqda davam edir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qazilər də peyvəndlənəcək? – Kardioloqdan XƏBƏR


“Reablitasiya vasitələri dedikdə burada protezlər, 730 aşağı ətraf və 130 yuxarı ətrafın protezləri, mühərrikli və mexaniki əlil arabaları, müxtəlif növ eşitmə aparataları, süd vəzi protezlri və digər vasitələrdən söhbət gedir.

2-3 il əvvəl əlil şəxslərimiz 1 araba ilə təin olunurdularsa, indi tibbi göstərişlərindən asılı olaraq 2 və ya 3 əlil arabası verilir.

Bu ildən başlayaraq qazilərimiz və əlillərimiz mühərrikli, 5 pilləli surətə malik olan əlil arabaları ilə təmin olunurlar. Artıq 800-dən yuxarı şəxs bu əlil arabası ilə təmin olunublar”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin