Kürdəmir rayonunda bacısını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülüb.
MÖVZU İLƏ BAĞLI:
Qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media