İsmayıl İsmayılov işdən çıxarılıb? – Nazirlikdən AÇIQLAMA 

Hazırda oxunan: İsmayıl İsmayılov işdən çıxarılıb? – Nazirlikdən AÇIQLAMA 

37189

"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir".

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev bildirib ki, İsmayılov hazırda müalicəsini davam etdirir və yaxın günlərdə işə çıxacaq.

Qeyd edək ki, İsmayıl İsmayılov yeni nazir Fərid Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə iştirak etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazir müavini Fərid Qayıbovun təqdimat mərasiminə niyə QATILMADI? - ÖZƏL


Onu nazirliyin aparat rəhbəri Rüfət Həsənov müşayiət edib. Bu isə İ.İsmayılovun tutduğu vəzifədən azad edildiyinə dair xəbərlərin yayılmasına səbəb olub.

İsmayıl İsmayılov 2006-cı ildən gənclər və idman nazirinin müavini vəzifəsində çalışır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin