Almaniyada alimlər inəkləri təyin olunan tualet yerində idrar etməyi öyrədirlər.
Bizim.Media xəbər verir ki, alimlər havanın çirklənməsinə səbəb olan qazları azaltmaq üçün başlatdıqları proqram çərçivəsində diqqətəlayiq bir addım atıblar.
Bir qrup elm adamı, sidik və nəcislə istixana qazına təsir edə bildikləri üçün heyvanları tualetə öyrətməyə başlayıblar.
Almaniya və Yeni Zelandiyadan olan alimlər 16 inəyə yalnız otdan hazırlanan tualetlərdə idrar etməyi öyrədərkən inək sidiyindən azot oksidi istehsalını dayandırıblar. Keçirilən 10 təlimdə 16 inəkdən 11-inə tualetdə idrar etməyi müvəffəqiyyətlə öyrədilə bilib.
Elm adamları inək sidiyinin 80 faizinin bu üsulla toplanmasının ammonyak tullantılarının 56 faiz azalmasına səbəb ola biləcəyini söyləyirlər.
Bundan əlavə, yaşayış yerlərində heyvanların sidiyinin miqdarının azalmasının daha gigiyenik bir mühitdə yaşamalarına səbəb ola biləcəyi qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:00 / 16.09.2021
Alimlər bu dəfə inəklərə tualet təlimi keçdi - ŞOK SƏBƏB - FOTO
Hazırda oxunan: Alimlər bu dəfə inəklərə tualet təlimi keçdi - ŞOK SƏBƏB - FOTO
Hazırda oxunan: Alimlər bu dəfə inəklərə tualet təlimi keçdi - ŞOK SƏBƏB - FOTO
37149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.