Ermənistan Laçın dəhlizindən Qarabağa gedən marşrutun dəyişməz qalması üçün hər şeyi edəcək.
Bizim.Media xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu parlamentdəki hökumət saatında "Şərəfim var" blokundan deputat Tiqran Abramyanın sualını cavablandırarkən bildirib.
Abramyan Ermənistanı Qarabağla birləşdirən dəhlizin gələcəkdə bağlanıb-bağlanmayacağını, Laçın şəhərinin, eləcə də bir neçə kəndin (Sus, Zabux, Yekçaox və digərləri) Azərbaycana verilib-verilməyəcəyini soruşub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan Türkiyə ilə bağlı vacib AÇIQLAMA
Paşinyan qeyd edib ki, Qarabağ “hakimiyyəti” (qondarma rejimi nəzərdə tutur) və Rusiya sülhməramlı korpusunun komandanlığı bu mövzuda işçi müzakirələr aparıb. Sonra Ermənistanın nümayəndələri onlara qoşulacaq.
O, xatırladıb ki, üçtərəfli bəyanatlara görə bu cür məsələlər birtərəfli qaydada həll oluna bilməz, ancaq tərəflərin razılığı ilə qəbul edilməlidir.
"Buna görə də Qarabağda müvəqqəti yaşayan ermənilərin maraqlarının maksimum şəkildə qorunmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, ehtiyatlı olmaq lazımdır, amma aydındır ki, həm Ermənistan, həm də Qarabağdakı rejim bunun baş verməməsi üçün hər şeyi edəcək.", - Paşinyan bildirib.
Xatırladaq ki, Rusiya sülhməramlılarının postları mövcud dəhliz boyunca yerləşir.
Bizim.Media