BMT İranın nüvə alimin öldürülməsinə münasibət bildirdi

Hazırda oxunan: BMT İranın nüvə alimin öldürülməsinə münasibət bildirdi

3711

“İranlı nüvə aliminin bu gün Tehran yaxınlığında öldürüldüyünə dair xəbərlər aldıq. BMT bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün təmkinli olmağa çağırır”.

Bizim.Media RİA Novosti-yə istinadla bildirir ki,i, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak nüvə fiziki M.Fəxrizadənin qətli ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi öldürülən alimin nazirliyin Tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib.

Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin