“Azərbaycan İran maşınlarını yoxlaya bilər” – PAŞİNYAN məsələyə son nöqtəni qoydu - VİDEO

Hazırda oxunan: “Azərbaycan İran maşınlarını yoxlaya bilər” – PAŞİNYAN məsələyə son nöqtəni qoydu - VİDEO

37108

“Gorus-Qafan yolu iki yerdə Sovet Ermənistanının hüdudlarından kənara çıxır və bu səbəbdən orada Azərbaycan postları qurulub”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda iki iranlı TIR sürücüsünün Azərbaycan polisi tərəfindən həbs olunmasını belə izah edib.

Baş nazirin sözlərinə görə, "Eyvazlı" və "Çayzəmi" adlarını parlamentdə çıxışı zamanı bilərəkdən çəkib, çünki Ermənistan vətəndaşları problemli ərazilərin müstəqil və ya Sovet Ermənistanının ərazisində deyil, xaricində olduğunu başa düşməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Gorus-Qafan yolunda iki iranlı tır sürücüsü həbs olundu - FOTOFAKT 


Onun fikrincə, 2020 -ci ilin dekabrında Ermənistana məxsus nəqliyyat vasitələrinin bu yoldan sərbəst istifadə edə biləcəyi barədə razılaşmalar əldə edilib.

"Lakin müqavilələrdə xarici avtomobillərlə bağlı müddəa olmadığı üçün Azərbaycan tərəfi İranın yük maşınlarını yoxlayır", - deyə baş nazir bildirib.

Qeyd edək ki, bu gün İrandan TIR-larla Xankəndiyə neft məhsulları daşıyan iki iranlı sürücü Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən həbs edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin