Toivo Klaar: “Sərhəddəki gərginliyi azaltmaq vacibdir”

Hazırda oxunan: Toivo Klaar: “Sərhəddəki gərginliyi azaltmaq vacibdir”

0:00
0:00
37085

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana iki günlük səfərini başa çatıb. 

Bizim.Media xəbər verir ki, Klaar bu barədə öz rəsmi “Twitter” hesabında məlumat verib. 

“Arazdəyənə səfərim Azərbaycan və Ermənistanın döyüş mövqelərinin nə qədər yaxın olduqları ilə bağlı aydın təəssürat yaratdı. Danışıqlar üçün daha yaxşı mühitə töhfə vermək üçün sərhəddəki gərginliyi azaltmaq vacibdir. Avropa İttifaqı öz dəstəyini verməyə hazırdır”, - deyə Klaar vurğulayıb. 

Qeyd edək ki, Ermənistana səfəri çərçivəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyan ilə görüşən Toivo Klaarın Azərbaycana da səfəri gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin