Dünyada ilanların geniş yayılmasını Yer planetinə asteroidin düşməsilə əlaqələndirirlər. Bu qənaətə əsas gələnlər isə Böyük Britaniyanın Bata universitetinin alimləridir.
Bizim.Media xəbər verir ki, onların son tədqiqatları “Nature Communications” jurnalında dərc olunub.
Alimlərin fikrincə, asteroid zərbəsi 76 faiz bitki və canlı orqanizmlərin məhvinə səbəb olub. Lakin bəzi ilanlar yerin aıtında ac qalaraq tələf olmaqdan qurtulublar.
Yəni, sürünənlərin sağ qalan növləri planetdə ilanların sonrakı geniş yayılmasına kifayət edib. Alimlərin fikrincə, asteroid düşənə qədər ilanlar hazırda yayıldıqları ərazidə olmayıblar.
Çünki ilanların hamısı asteroid toqquşmasını yaşamış növlərə aiddirlər. Amma müair yeni cinslər dinozavrların ölümündən sonra yaranıblar.
Bizim.Media