Azərbaycanı MİQRANT axını gözləyir - “Sünik erməniləri də Azərbaycan vətəndaşı ola bilər”

Hazırda oxunan: Azərbaycanı MİQRANT axını gözləyir - “Sünik erməniləri də Azərbaycan vətəndaşı ola bilər”

37043

Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığına keçəndən sonra Zəngəzur (Sünik) erməniləri də bu addımı ata bilərmi? Çünki Ermənistan parlamentində bu istiqamətdə narahatlıq hiss olunur və Ayk Mamicanyan kimi deputatlar həyəcan təbili çalırlar. 

“Tarixi proseslər elə bir qanunauyğunluqlar üzrə hərəkət edir, baş verir ki, bəzən bunlar proqnoza yatmır. Ona görə də Cənubi Qafqazda ictimai-siyasi proseslər çox mürəkkəb bir ssenari ilə cərəyan edir. Bu nöqteyi-nəzərdən Qərbi Zəngəzurun, indiki Sünik mahalında perspektivdə nələrin baş verəcəyini söyləmək bir qədər çətindir” deyən politoloq Qabil Hüseynli bildirdi ki, Zəngəzur koridoru açılandan sonra orada yaşayan erməniləri də iqtisadi cəhətdən inkişaf edən Azərbaycan ətrafında birləşdirə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”


Bizim.Media suallarına cavabda politoloq əlavə etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olduqdan sonra onların firəvan həyat tərzi digər ermənilər üçün də cəzbedici olacaq:

“Bu isə Sünik mahalının, Qərbi Zəngəzurun ermənilərini də Azərbaycan vətəndaşı olmağa vadar edəcək.

Düzdür, bu çətin prosesdir və proqnozu o qədər də asan deyil. Amma hər halda iqtisadi inkişaf, zənginlik və firəvanlıq hər zaman insanları öz ətrafına cəzb edən bir nüvə rolunu oynayıb. Bu sarıdan da Azərbaycanın bir neçə ildən sonrakı iqtisadi inkişafı, həyat səviyyəsi digər ölkələrə elə indinin özündə nümunədirsə, gələcəkdə daha böyük örnək olacaq və insanları bu dövlətin vətəndaşlığına cəlb edə bilər. 

Necə ki miqrantlar Avropa ölkələrinə gedir və oraların vətəndaşı olmağa can atır, oxşar proseslər də bu bölgədə baş verə bilər.


Bu həm də ermənilərin özünün xarakterindən asılı olan – həmişə firəvan yerlərə can atmaqları ilə bağlı cəhətləri də bu məsələdə öz rolunu oynayacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin