Çörək sexində nöqsanlar aşkarlandı - FOTO 

Hazırda oxunan: Çörək sexində nöqsanlar aşkarlandı - FOTO 

36904

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz regional bölməsinin əməkdaşları Tovuz rayonu, Əsrik Cırdaxan kəndində yerləşən, İbrahimov Mayıl Fikrət oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. 

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. 

Belə ki, müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.  

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin