"Şuşadakı duyğular" 3 dilə tərcümə olundu - FOTO

Hazırda oxunan: "Şuşadakı duyğular" 3 dilə tərcümə olundu - FOTO

36895

Şair Vaqif Aslanın Şuşa xatirələri haqqında yazdığı şeir toplusu Bişkekdə üç dildə nəşr edilib. 

Bu barədə Bizim.Media-ya şair özü məlumat verib.

O, qeyd edib ki, "Şuşadakı duyğular" adlı kitabı Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan, özbək və türk dillərinə tərcümə edilib.

Şeirləri özbək dilinə Gülzira Şaripova, türk dilinə Yusif Aslan tərcümə edib.  Kitab, Bişkekdə və İssık Kulda keçiriləcəyi nəzərdə tutulan "İssık Kul - türkün inci dünyası" adlı mahnı  festivalında oxuculara təqdim olunacaq.
 

29-31 avqust tarixlərində "Vaqif poeziya Günləri" çərçivəsində Şuşaya səfər edən şair orada keçirdiyi hisslərini şeirlə ifadə etməyə çalışıb.


Xatırladaq ki, festivalda Leyla xanım Əliyevanın İssık Kula həsr etdiyi şeirin sözlərinə  yazılmış mahnı dünyanın ondan çox dilində və tanınmış müğənnilərin ifasında səsləndiriləcək. 

Qeyd edək ki,  mahnı Qırğızıstan Dövlət Teleradio kompaniyasının qızıl fonduna daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin