Bu gün cəbhə bölgəsindən qayıdan hər bir zabit, əsgər böyük coşqu ilə qarşılanır.
Bizim.Media xəbər verir ki, Lənkəran rayonunun Boladi kənd sakinləri cəbhədən qayıdan həmkəndlilərinin hər birinə eyni ehtiramı göstərirlər.
Bu hörmət, bu sevgi Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən, bayrağımızı qürurla dalğalandıran, xalqımıza baş ucalığı gətirən Azərbaycan Ordusuna aiddir.
Bu gün Boladi kəndindən olan zabitimiz kapitan Şamxal Əsədovun kəndə gəlişi bir başqadır.
Onun bu dönüşü əvvəlkilərindən bir də ona görə fərqlənir ki, ikinci oğul övladı dünyaya gəlib. Artıq övladlarının üzünə daha qürurla baxacaq.
“Qələbəyə susamışdıq. Sağ olsun cənab Ali Baş Komandan. Qarşılarında baş əyirik. Bundan sonra Azərbaycan Ordusunun başı daim dik olacaq. Bir daha bütün xalqımızı təbrik edirəm. Çox sevincli gündür. Bu günümüzü şəhidlərimizə borcluyuq!”, - deyən zabitimiz Şamxal
Əsədov bundan sonra üçrəngli bayrağımızın şəhid tabutlarını deyil, səmalarımızı bəzəməsini, başımızın üstündə qürurla dalğalanmasını arzu edir. (Report)
Bizim.Media